Azərbaycan əhalisi arasında Prezident İlham Əliyevin idarəçiliyindən məmnunluq 91 faiz təşkil edir.
Bu, Azərbaycanda sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində “exit-poll” keçirmək üçün yerli tərəfdaşı ilə birgə Mərkəzi Seçki Komissiyasında qeydə alınan İtaliyanın SWG SPA şirkətinin 15 iyul-15 avqust tarixləri arasında keçirdiyi seçkiöncəsi sorğunun nəticələrində öz əksini tapıb.