Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Məktəbdə yanğın

565
Paylaş:
Məktəbdə yanğın

Bakının Xətai rayonunda ümumi sahəsi 2220 m² (hər mərtəbəsi 1110 m²) olan ikimərtəbəli orta məktəb binasının 2-ci mərtəbəsində sahəsi 25 m² olan köməkçi otağa yığılan əşyalar 10 m² sahədə yanıb.

Pravda.az FHN-ə istinadən xəbər verir ki, yüksək temperaturdan plastikdən ibarət pəncərə çərçivəsi əriyib.

Məktəb binası yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Paylaş:

Ən son xəbərlər