Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılova məxsus olduğu deyilən şirkət tərəfindən rayonun Qızıldaş qəsəbəsi ərazisindən qanunsuz olaraq çınqıl daşındığı barədə yazmışdıq. Bildirmişdik ki, uzun müddət sözügedən ərazidən icra başçısına məxsus şirkət gündəlik 200 yük maşını çınqıl daşıyıb.
Sözügedən yazıdan sonra polis əməkdaşları və digər dövlət qurumlarının ekoloji təhlükəsizlik qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə ərazidə yoxlama keçirmir və tədbirlər zamanı Qızıldaş qəsəbəsində qanunsuz olaraq yerin təkindən istifadə etməklə qarışıq süxur kütləsinin “Kamaz” və “BMC” markalı iki yük avtomobili ilə daşınması aşkar olunmuşdu. İcazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etdiklərinə görə həmin yük avtomobillərinin sürücüləri barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş, ekoloji tələblərin pozulmasına görə həmin obyektin sahibi barəsində də inzibati tənbeh tədbiri tətbiq edilmişdi.







