Avqustun 21-də axşam saatlarında politoloq Bəhruz Səmədov Bakıda saxlanılıb. Pravda.az xəbər verir ki, bu barədə onun nənəsi Zibeydə Osmanova "Turan"a bildirib.
Z.Osmanova qeyd edib ki, B.Səmədov saat 16:00 radələrində dostu ilə görüşmək üçün evdən çıxıb. Onun sözlərinə görə, yaşadığı evdə axtarış aparılıb və B.Səmədova aid bəzi sənəd və əşyalar götürülb.