Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

İlham Əliyev: "Özbək xalqının həyata keçirdiyi möhtəşəm dəyişiklikləri əyani şəkildə görmüşəm"

631
Paylaş:
İlham Əliyev: "Özbək xalqının həyata keçirdiyi möhtəşəm dəyişiklikləri əyani şəkildə görmüşəm"

Azərbaycan Prezidenti İlham Əliyev özbəkistanlı həmkarı Şavkat Mirziyoyevlə mətbuata bəyanatında Özbəkistanın sürətli inkişafını qeyd edib.

Pravda.az xəbər verir ki, dövlətimizin başçısı deyib: “Müxtəlif dövrlərdə, xüsusən son illər Özbəkistana dəfələrlə səfər etmişəm və Şavkat Miromonoviçin rəhbərliyi ilə özbək xalqının həyata keçirdiyi möhtəşəm dəyişiklikləri əyani şəkildə görmüşəm. Şəhərlər gözəlləşir, sənaye fəal inkişaf edir. Daşkəndə ötən səfərimdə biz birlikdə böyük sənaye kompleksində olduq. Bütün bunlar müdrik siyasətin nəticəsidir. Xarici investisiyaların cəlbi, əlverişli biznes mühitinin yaradılması, sosial-iqtisadi inkişafa dair aparılan gündəlik iş, çoxlu sayda sosial layihələr bugünkü Özbəkistanın simasıdır”.

Paylaş:

Ən son xəbərlər