Astroloqlar xəyanətə ən çox meyilli olan bürclərin adını çəkiblər. Pravda.az metbuat.az-a istinadən həmin bürcləri təqdim edir:
Şir
Əslində Şir bir əlaqədə ehtiyac duyduğu hər şeyi alırsa, çox sadiq bir bürcdür. Münasibətlərdəki həyəcanın söndüyünü, artıq onu sevmədiklərini, heyran qalmadıqlarını, təriflər oxumadıqlarını hiss etməyə başlasa, o zaman Şir emosional olaraq münasibətdən qopmağa başlaya bilər.
Bu bürc emosiyalardan asılı olduğundan, bu anda xəyanət baş verə bilər. Ancaq çətin ki, Şirlər sizinlə münasibətləri dərhal kəssin. Əgər ona sübut etməsən ki, bütün dünyanı onun ayağının altına atmağa hazırsan, o zaman səni mütləq tərk edəcək.