"Mən heç kimdən küsməmişəm, heç kimdən də inciməmişəm. Heç kimlə danışmıram, görüşmürəm. Xoşlamıram, sevmirəm. Televiziyalardan dəvət edirlər, imtina edirəm. Bu yaşımda lazım deyil ki, efirlərə çıxım. İki filmə çəkilmişəm, bəsimdir.
Sadəcə olaraq aidiyyəti qurumlardan bu illər ərzində məni yada salan olmayıb. Nə nazirlik tərəfdən sayıblar, nə də kino işçiləri sayıblar. Ona görə də mən onları tanımıram, heç tanımaq da istəmirəm". Bunu Moderator.az-a açıqlamasında "Bizim Cəbiş müəllim" filminin "Makedon"u Aqil Ağacanov deyib.
O daha sonra hazırkı işindən danışıb.
"Xalqımla fəxr edirəm. Allah cansağlığı versin hamıya. Mənim sənətim şef-aşpazdır. Bakının ən yaxşı restoranlarında çalışmışam. Pirşağıdakı "Qızılqum" sanatoriyasında uzun müddət şef-aşpaz işləmişəm. Ondan sonra toylara dəvət ediblər, kababçı getmişəm. Bütün Azərbaycan xorəklərini bişirə bilirəm.