Ötən ilin noyabrında Xaçmaz rayonu Xudat şəhərində 36 yaşlı Samir Alxasovun qətlə yetirilməsi ilə bağlı məhkəmə prosesi başa çatıb.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hadisəni törədən 1969-cu il təvəllüdlü Oruc Nəsrullayevə hökm oxunub. O, Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4-cü (xuliqanlıq niyyəti və xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddələri ilə təqsirli bilinib.
Qeyd edilib ki, hadisə vaxtı hər iki şəxs sərxoş vəziyyətdə olub. O.Nəsrullayev məhkəmədəki ifadəsində Samiri öldürmədiyini, onun hələ sağ olduğunu və Xudatda yaşadığını iddia edib. O, Samirin manyak olduğunu və insanları kəsib ətlərini yemək istədiyini deyib:
"Hadisə baş verən gün dostum Salamatla görüşmüşdüm, onunla birlikdə şərab aldım, daha sonra Salamat yerdə qalan pulla çörək almaq üçün getdi. Onu gözləyəndə Samir əlində bir butulka çaxırla yaxınlaşdı. Bir yerdə çaxır içib söhbət etdik. Bir az sonra mən getmək istəyəndə Samir arxadan səslənərək mənimlə söhbəti olduğunu bildirdi.