Oktyabrın 5-də “Regional İnkişaf” İctimai Birliyi və Neftçala rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “AZLİNG 2024 - Azərbaycan dili və müasir dilçilik: problemlər, perspektivlər və çağırışlar” mövzusunda ənənəvi beynəlxalq elmi konfrans keçiriləcək. 2021-ci ildən neftçalalı dilçi alimlərin təşəbbüsü ilə təşkil olunan konfransda iştirak etmək istəyənlər abstraktlarını 15 sentyabr 2024-cü il tarixinədək [email protected] e-mail ünvanına göndərə bilərlər.
Mövzular:
Ekolinqvistika və Azərbaycan dili;
Beynəlxalq konfranslarda dil xidmətləri: tərcümə, qeyri-verbal ünsiyyət;
Təcili dil xidmətlərində normalar (Azərbaycan dili və xarici dillərdə);
Türkoloji dilçilikdə qədim dillərin tədqiqi;
Azərbaycan dilinin tədrisində kritik düşüncə meylləri;
Süni intellekt vasitəsilə dilin tədqiqi;
Dialekt və şivələrin tədqiqat metodları;
Tipoloji dilçilik kontekstində Azərbaycan dilinin tədqiqi;
Dil siyasəti və dil planlaşdırılması;