1940-cı ilin əvvəllərində Böyük Britaniya və Fransa Finlandiya üzərindən hücum edərək SSRİ-yə qarşı müharibəyə başlamaq niyyətində olublar.
"RİA Novosti" bu barədə Rusiya Dövlət Hərbi Arxivinin Prezident Kitabxanasının dərc etdiyi sənədə istinadən məlumat yayıb.
Arxiv sənədlərində qeyd edilir ki, 1940-cı ilin martında Britaniya parlamentinin üzvləri Londonun SSRİ-yə zərbə endirmək planlarını pozduğuna görə "qəzəbləniblər". Qeyd edilir ki, Böyük Britaniya və Fransa 1940-cı ilin əvvəllərində SSRİ-yə qarşı münaqişəyə başlamaq, Sovet İttifaqının o zaman müharibə apardığı Finlandiyadan zərbə endirmək, Leninqradı nəzarətə götürmək, Qafqaza zərbələr endirmək, oradakı (Bakıda) neft yataqları dağıdıb məhv etmək niyyətində idilər. Lakin faşist Almaniyasının Qərbi Avropadakı hərbi uğurları, eləcə də Finlandiya-Sovet müharibəsinin martın 12-də başa çatması səbəbindən bu planlar gerçəkləşməyib.


