Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

28 yaşlı qadının qətli ilə bağlı cinayət işi başlandı - YENİLƏNDİ

717
Paylaş:
28 yaşlı qadının qətli ilə bağlı cinayət işi başlandı -     YENİLƏNDİ

Siyəzəndə 28 yaşlı qadının qətli ilə bağlı cinayət işi başlanıb.

Pravda.az xəbər verir ki, bu barədə Siyəzən rayon prokurorluğunun məlumatında deyilir.

Belə ki, avqustun 24-də Siyəzən rayonu ərazisində 1996-cı il təvəllüdlü Şəbnəm Mustafazadənin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 2003-cü il təvəllüdlü Səfər Mustafazadənin bacısı Şəbnəm Mustafazadəyə bıçaqla xəsarət yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Siyəzən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Səfər Mustafazadə iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.

***

07:18

Avqustun 24-də saat 22:30-da Siyəzən rayonunda 28 yaşlı Şəbnəm Ənvər qızı Mustafazadənin kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən qardaşı 21 yaşlı Səfər Mustafazadə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:

Ən son xəbərlər