Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

"Bir qadın əlini ağzına salıb dişini qurdalayır" - Çingiz Qənizadə

1 321
Paylaş:
"Bir qadın əlini ağzına salıb dişini qurdalayır" -   Çingiz Qənizadə

“Müşahilərimdən onu görürəm ki, hər 7-8 nəfərdən yalnız biri maskadan istifadə edir”.

Pravda.az-ın xəbərinə görə, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, sabiq deputat Çingiz Qənizadə deyib.

O qeyd edib ki, vətəndaşların koronavirusla mübarizədə sağlamlıqlarına biganə qalması insanı dəhşətə gətirir: “İndi maşınla gedirəm. İctimai nəqliyyatda demək olar ki, 95 faiz insan maskasızdır. Küçədə gördüyüm dörd nəfərdən üçü maskasızdır. Biri də çənəsindən sallayıb. Dalbadal adamlar keçir heç birində maska yoxdur. Bir qadın əlini ağzına salıb dişini qurdalayır. Ürəyim partlayır, belə şey olar ?!”

Ç.Qənizadə, belə məsuliyyətsiz vətəndaşlara görə bütün insanların həftəsonu evdə qaldığını bildirir: "Bax indi qabağımdan daha iki nəfər maskasız keçdi. İndi yenə binadan iki uşaq çıxdı, əlini dəmirə vurub ağzına aparırlar. Vallah dəhşətdi. Nəhayət, indi maska taxan bir qadın gördüm. Maska taxıb mağazaya gedir. Yəni, müşahilərimdən onu görürəm ki, hər 7-8 nəfərdən biri maskadan istifadə edir. İctimai nəqliyyatda da həmçinin maskadan istifadə olunmur. Belə məsuliyyətsiz insanlara görə, həftəsonları evdə qalmağa məcburuq. İndi oğlu ilə bir qadın maskası çənəsindədir. Elə bil ki, boğazını qoruyur”.Demokrat

Paylaş:

Ən son xəbərlər