Abşeron rayonunda koronavirus infeksiyasına yoluxanların sayında artım müşahidə olunub. Ən çox yayılma riski olan Qobu qəsəbəsində ümumilikdə 24 nəfərdə virus aşkarlanıb. Təkcə ötən gün bir ailənin 6 üzvü COVID 19 diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Hazırda Rayon Gigiyena və Epidemiologiya Mərkəzi və Rayon Mərkəzi Xəstəxanasının əməkdaşları mövcud vəziyyəti tam nəzarətə götürüblər.
Abşeron rayonu ərazisində koronavirusa yoluxanların sayı artıb. Qobu qəsəbəsində təkcə ötən gün bir ailənin 6 üzvü COVID 19 diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Abşeron rayon İcra Hakimiyyəti başçısının Qobu qəsəbəsi üzrə İcra nümayəndəsi Eldar Əhmədov bildirdi ki, Qobu qəsəbəsində sakinlərlə maariflədnirici söhbətlər aparılıb və onlara evlərində qalmaları tövsiyyə olunub.