Bu gün tarixçi professor, Müsavat Partiyasının deputatlığa namizədi Nəsiman Yaqublu yol qəzası nəticəsində həyatını itirib.
Nəsiman Yaqublu Azərbaycan Xalq Cümhuriyyəti dövrünün mahir araşdırmaçısı idi. AXC-nin qurucusu Məhəmməd Əmin Rəsulzadə ilə bağlı araşdırmaların müəllifi kimi tanınan Nəsiman Yaqublu Rəsulzadənin nəvəsi Rais Rəsulzadə ilə yaxın münasibətdə olub. Modern.az Nəsiman Yaqublunun ölümü barədə Rais Rəsulzadə ilə əlaqə saxlayıb.