Sarımsaq həm qida, həm də dərmandır. Amma onun da çox yeyilməsinin bir çox orqanlara mənfi təsiri var. Xüsusən ac mədəyə və gün ərzində çox miqdarda çiy sarımsaq yemək fəsadlar törədə bilər. Axşam.az sarımsağın bilmədiyiniz 5 zərərini təqdim edir.
Qaraciyəri zəhərləyər
Bu orqan qanı təmizləyir, yağ zülal mübadiləsini tənzimləyir, orqanizmdən zəhərli ammiakı çıxarır. Sarımsaqda olan allisin adlı kimyəvi birləşmə qaraciyərə çox daxil olduqda onu toksiki zəhərləyir.
Diareyası olanlara olmaz
Acqarına sarımsaq ishal yaradır. Qıcıqlanmış bağırsaq və müəyyən xəstəliklər zamanı bağırsaq pozulmalarında sarımsaq yeyib vəziyyəti daha da pisləşdirə bilərsiz.