""Zibil atanlar düz eləməmişdilər, amma polis də gərək belə eləməzdi" deyənlər bir şeyi başa düşmək istəmirlər: POLİS NİYƏ BELƏ ETDİ? Əgər polis mədəni şəkildə, nəzakətlə gəlib, onun başına zibil tökərək, var-yoxunu söyənləri şöbəyə dəvət etsə, eyni biabırçılıq təkrarlanacaqdı. O adamlar artıq sübut etmişdilər ku, gücdən başqa heç bir dili anlamırlar".
Pravda.az-ın xəbərinə görə, bunu Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov deyib.
"Polis gücdən başqa dil anlamayanlara onlardan daha güclü olduğunu xatırlatdı. Ona görə belə etdi ki, gələn dəfə heç kim ona zibil atmaq həvəsinə düşməsin. Polisi pisləyib, o adamları romantikləşdirmək ("onkoloji xəstəliyə qalib gəlibmiş", "yoldaşı koronavirusla mübarizə aparırmış") çox yanlış və təhlükəli hərəkətdir. Kiminsə yoldaşı həkimdir deyə, özü çıxıb polisin var-yoxunamı söyməlidir?! Bir başqası onkoloji xəstəlikdən sağalıbsa, polisin başına zibilmi əndərməlidir? Çox yanlış yanaşmadır" - V.Məmmədov bildirib.
Vüsal Məmmədov: "Polis ona görə belə etdi ki, gələn dəfə heç kim ona zibil atmaq həvəsinə düşməsin"