Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

“Pavel Durovun Parisdə həbsi azad sözə basqıdır, Fransa heç vaxt demokratik dövlət olmayıb” - AÇIQLAMA

652
Paylaş:
“Pavel Durovun Parisdə həbsi azad sözə basqıdır, Fransa heç vaxt demokratik dövlət olmayıb” -     AÇIQLAMA

“Teleqramın yaradıcısı Pavel Durovun Parisdə saxlanılması azad sözə basqıdır. Fransa heç vaxt demokratik dövlət olmayıb. Bu gün də demokratik dövlət deyil”. 

Bu sözləri Pravda.az-a açıqlamasında VI çağırış Milli Məclisin deputatı Elman Məmmədov deyib. 

“Fransanın öz tarixi var - işğalçılıq, müstəmləkəçilik tarixi. Və bu tarixi özləri yazıblar, biz yazmamışıq. Fransanın tarixi budur. XXI əsrdir, Fransa yenə müstəmləkəçiliklə, işğalçılıqla məşğuldur. Anti-demokratik, islamofob dövlətdir.Pavel Durovun həbsi isə bunu bir daha təsdiq edir. Rusiya öz vətəndaşını müdafiə etməlidir”, - E.Məmmədov bildirib. 

Aytəkin Qardaşova 

Paylaş:

Ən son xəbərlər