BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: "Məni haqsız çıxarmaq üçün özlərini qanmaz yerinə qoymaqdan çəkinmirlər"

Adamlar var, məni haqsız çıxarmaq üçün özlərini qanmaz yerinə qoymaqdan çəkinmirlər. Adamlar var, "bu gün ayın 8-dir" yazsam, "niyə yazmırsan ki, sabah ayın 9-u olacaq" yazırlar. Onlarla hər şey aydındır, onlar işlərini yaxşı bilir və görürlər. Məni üzən, anlayışına və qanacağına inandığım adamların hərdən küyə düşməsidir.

"Ora mənim dairəm deyil" söz birləşməsi nə özündə hansısa dəyəri daşıyır, nə də hansısa niyyəti bildirir. Bu söz birləşməsi yalnız konkret bir faktı bildirir. Bu baxımdan, "ora mənim dairəm deyil" söz birləşməsi, "bu gün ayın 8-dir" söz birləşməsindən fərqlənmir. Ona görə də onu "P.S" bölümündə yazmışdım. "P.S" (post scriptum) bizim dildə "yazılanlardan sonra" deməkdir. Yəni, əsas yazıya aidiyyatı olmayan, "başqa bir konteksti bildirən sözgəlişi deyilənlər" anlamına gəlir.

Deputat işlərimə gəlincə, onları yalnız öz dairəmlə məhdudlaşdırmıram. Mənə yazılan məktublar, edilən zənglər arasında başqa dairələrdən (o cümlədən bölgələrimizdən) olanları var. Hamısına bir-bir zəng edir, imkan olanda görüşürəm, işləri ilə bağlı sorğu və s. hazırlayıram. Konkret nəticəsi olan işlər də var.

Bunları yazmaya da bilərdim. Mənimlə bağlı qurulan bəzi gümanların aşağılayıcı olduğunu görüb yazdım.

Erkin Qədirli

Milli Məclisin deputatı

Tarix: 9 İyun 2020, 00:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin