Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Azərbaycan XİN Pakistanda terror hücumunu pisləyib

678
Paylaş:
Azərbaycan XİN Pakistanda terror hücumunu pisləyib

Azərbaycanın Xarici İşlər Nazirliyi bu gün Pakistanın cənub-qərbində baş vermiş terror hücumuna münasibət bildirib.

Bu barədə məlumat Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsindəki hesabında paylaşılıb.

Məlumatda onlarla insanın ölümünə səbəb olan terror aktına dair xəbərin dəhşətverici olduğu bildirilir.

“Biz terror təhlükəsinin bütün forma və təzahürlərini şiddətlə pisləyir, bu dəhşətli hücumun qurbanlarının ailələrinə dərin hüznlə başsağlığı verir və qardaş Pakistan İslam Respublikası ilə möhkəm həmrəy olduğumuzu bildiririk”, - deyə paylaşımda qeyd olunur.

Paylaş:

Ən son xəbərlər