Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Dəyərləndirmə və risklərin idarə olunması şöbəsinin həbsdə olan inspektoru Şahin Rövşən oğlu İskəndərov kassasiya şikayəti verib. Pravda.az "Unikal"a istinadən xəbər verir ki, sabiq inspektor Ali Məhkəməyə müraciət edib. Onun işinə hakim İlqar Qılıcovun sədrliyi ilə baxılacaq. Məhkəmə iclası 30 yanvar 2025-ci il tarixinə təyin olunub.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Dəyərləndirmə və risklərin idarə olunması şöbəsinin inspektoru İskəndərov Şahin Rövşən oğlu qanunsuz əməllərinə görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb.