Hazırda dünyanın demək olar ki, bütün ölkələrində koronovirusa yoluxan və bu xəstəlik səbəbindən həyatının ən təhlükəli dönəmini yaşayan insanlar var. Ölkəmizdə də onlarla belə xəstələr var ki, vəziyyətləri ağır olaraq qalır. Onların müalicəsi necə aparılır və vəziyyətlərinin bu qədər kritik olmasının səbəbləri nədir?
Hazırda onlarla insan süni nəfəs aparatına qoşulu vəziyyətdə həyatlarını davam etmək uğrunda mübarizə aparır.Bu insanların hər biri COVID-19 bəlasının qurbanlarıdır.
Xəstəliklə mübarizə aparıb, sağlamlığına qovuşanlarla bərabər onlarla xəstə var ki, vəziyyətləri kritik olaraq qalır. TƏBİB-in işçi qrupunun rəhbəri Vasif Əliyevin sözlərinə görə, belə xəstələrin əksəriyyəti vaxtinda müalicəyə gəlməmiş insanlardır. Yəni xəstələyin ciddiyətinin fərqində olmayanlardır.