Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Kişi marketin qarşısında bacısından ayrılan yeznəsini çəkiclə vurdu - MƏHKƏMƏ

559
Paylaş:
Kişi marketin qarşısında bacısından ayrılan yeznəsini çəkiclə vurdu -     MƏHKƏMƏ

Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Sabir Qasımovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona 1 müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.

İttihama görə, hadisə 09 mart 2024-cü il tarixdə, saat 01 radələrində Abşeron rayonu, Xırdalan şəhəri M.Hüseynzadə küçəsində yerləşən “Rahat Market”in qarşısında qeydə alınıb. Belə ki, Sabir Qasımov yeznəsi, zərərçəkmiş Tahir Tahirovla (şərti) mübahisə edib. Mübahisəyə səbəb isə zərərçəkmişin onun bacısından ayrıldıqdan sonra övladları ilə maraqlanmaması olub. Bu zaman Sabir çəkic, yumruq və ayaqla Tahirin bədəninin müxtəlif nahiyələrinə vuraraq ona xəsarət yetirib.

Hadisədən sonra Sabir Qasımov saxlanılıb və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Kamal Məmmədov

Kamal Məmmədov

Paylaş:

Ən son xəbərlər