Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Azərbaycanda 64 yaşlı kişi əvvəlcə 78 yaşlı həmyerlisini, sonra özünü güllələdi - TƏFƏRRÜAT - Cinayət işi başlandı - YENİLƏNDİ - 3

658
Paylaş:
Azərbaycanda 64 yaşlı kişi əvvəlcə 78 yaşlı həmyerlisini, sonra özünü güllələdi -   TƏFƏRRÜAT - Cinayət işi başlandı - YENİLƏNDİ - 3

Zaqtalada iki şəxsin ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Bu barədə Zaqatala Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, avqustun 27-də saat 10 radələrində Zaqatala rayonu, Aşağı Tala kəndi ərazisində 2 şəxsin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1960-cı il təvəllüdlü Həsən Davudovun aralarında yaranmış mübahisə zamanı odlu silahdan atəş açaraq tanışı 1947-ci il təvəllüdlü Tarıyel Əhmədovu qəsdən öldürməsi, daha sonra isə eyni silahla özünə atəş açaraq intihar etməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Zaqatala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

***

11:39

Zaqatalada baş verən cinayət hadisəsi ilə bağlı bəzi detallar məlum olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, 78 yaşlı Tariyel Əhmədov Zaqatalada tanınmış həkim olub. O, bir neçə il əvvəl təqaüdə çıxıb.

Həyat yoldaşı vəfat etdikdən sonra T.Əhmədov qudasıgildə yaşayırmış. Hadisə də qudasının rayonun Aşağı Tala kəndindəki evində baş verib.

Məlumata görə, T.Əhmədovla hadisəni törədən Həsən Davudov arasında pul məsələsinə görə məhkəmə çəkişməsi gedirmiş.

Oxu.az

***

11:18

Zaqatalada baş verən qətlin təfərrüatları məlum olub.

APA-nın xəbərinə görə, uzun illər Zaqatalada həkim kimi çalışmış Tariyel Əhmədov Həsən Davudov tərəfinfən qızının evində qətlə yetirilib. H. Davudov onu qətlə yetirəndən sonra ailə üzvləri qaçaraq həyətdəki tikilidə gizləniblər. Həmin şəxs tikiliyə də atəş açıb.

Hadisə yerinə gələn polis əməkdaşları ondan təslim olmağı tələb edib. Bu zaman H. Davudov özünə atəş açaraq intihar edib.

İlkin məlumata görə, hadisə pul üstündə yaranan münaqişə zəminində baş verib.

***

10:48

Avqustun 27-də saat 09 radələrində Zaqatala rayonunda 1946-cı il təvəllüdlü Tariyel Əhmədovun odlu silahdan açılan atəşlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Bu barədə DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib.

Əməli törətməkdə şübhəli bilinən, 1960-cı il təvvəllüdlü Həsən Davudov daha sonra həmin ov tüfəngi ilə özünü öldürüb.

Araşdırma aparılır.

Paylaş:

Ən son xəbərlər