2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 9 saylı Binəqədi ikinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Kamaləddin Qafarovun seçicilərlə görüşü keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib. YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bildirib ki, Azərbaycanın bugünkü tərəqqisi hər bir vətəndaşımız üçün qürurvericidir: “Bu qüruru bizə yaşadan, dövlətimizin müstəqilliyini daha da möhkəmləndirən, qüdrətini daha da artıran, ərazi bütövlüyünü tam və bütöv edən Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, Prezident İlham Əliyevin ətrafında hər zaman sıx birləşməli və bu siyasi kursun davam etdirilməsi üçün çalışmalıyıq. Çünki bu siyasət dövlətimizin və xalqımızın gələcək inkişafının qarantıdır”.