Avqustun 27-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin sədri Samir Nuriyevin rəhbərliyi altında Təşkilat Komitəsinin bir sıra üzvləri Bakı Olimpiya Stadionuna baş çəkiblər.
Pravda.az xəbər verir ki, əvvəlcə COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən hazırlıq prosesinin gedişatı barədə təqdimat keçirilib.