Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin sabiq rəisi, general-mayor Rəfail Mehdiyevin fəaliyyətinin yoxlanılması zamanı ciddi korrupsiya faktları aşkar edilib. Gununsesi.info-nun nazirlikdəki mənbəyə istinadən verdiyi məlumata görə, yeni ədliyyə naziri Fərid Əhmədovun bir müddət əvvəl işdən çıxardığı Rəfail Mehdiyevlə bağlı daxili yoxlamalar aparılıb.
Bildirilir ki, Rəfail Mehdiyevin idarə rəisi olduğu bir neçə il ərzində təcridxana və cəzaçəkmə müəssisələrindəki məhbusların tibbi təminatı ilə bağlı milyonlarla manatlıq vəsait yoxa çıxıb. Xüsusilə, məhkumların müalicəsi üçün nəzərdə tutulan dərman preparatlarının böyük bir hissəsi Bakıda müxtəlif apteklərdə satılıb.