Məzmuna keç
Pravda.az — xəbər portalı
Cəmiyyət

Xərçəngdən əziyyət çəkən Əməkdar artist danışdı: "Qismətim belə imiş"

2 546
Paylaş:
Xərçəngdən əziyyət çəkən Əməkdar artist danışdı: "Qismətim belə imiş"

"İndi vəziyyətim yaxşıdır. Səhhətim yavaş-yavaş qaydasına düşür". Bunu Qaynarinfo-ya açıqlamasında Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradov deyib.

Direktor müayinə və müalicələrinin davam etdiyini vurğulayıb:

"İki dəfə analiz verdim, şükürlər olsun ki, yaxşı çıxıb. Məni bir az incidən səsimdir. O da getdi... Neynəyim, qismət belə imiş. Əsas odur ki, canım sağ olsun".

Yadigar Muradov yeni teatr mövsümünə hazırlaşdığını diqqətə çatdırıb:

"Qarşıdan yeni teatr mövsümü gəlir. Bir neçə gündən sonra işə çıxacağıq. Qarşıda çoxlu planlarımız var".

Qeyd edək ki, Əməkdar artist Yadigar Muradov xərçəng xəstəliyindən əziyyət çəkir.

Paylaş:

Ən son xəbərlər