"Rus dilində belə deyim var: Sosial şəbəkələr ortaya çıxana qədər ancaq evdə bilirdilər sən necə axmaqsan. Hərənin əlində bir telefon qəhrəman olub. Gənclər dəliqanlıdır. Amma yaşlı nəslin cürbəcür formada, rəqslə edib video paylaşması pis nümunədir. Biz Azərbaycan xalqı olaraq əxlaqımıza, davranışımıza, xüsusən də ictimai insanlar davranışlarına diqqət etməlidirlər. Efirdə olan həm danışığı, həm geyimi ilə insanlara nümunə olur". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Nailə İslamzadə İTV-də qonaq olarkən deyib. Aparıcı sosial şəbəkələrdən danışıb.
Sosial xarakterli proqramlardan bəhs edən N.İslamzadə onları tənqid edib:
"Televiziyaçının başqa kanalı müzakirəyə çıxartmağı doğru deyil. Amma həqiqəti demək lazımdır. Sosial verilişlər zərər verir. Təbii bunu etmək lazımdır. Amma məsələləri eybəcərliyi ilə ortaya qoymaq olmaz. Münasibətlər tənzimlənməlidir. Həmin verilişlərdə "ağsaqqal" sözü görə bilirsiniz? Mən də münasibət bildirmək üçün oturub baxmışam. Həmin verilişin eksperti, ağsaqqalı ora gələnlə əlbəyaxa olur, söz güləşdirir. Mən verilişimə ekspert olaraq Əjdər Ağayevi dəvət edirdim. Sözü keçərli idi.