Azərbaycanda saxta sürücülük vəsiqəsi ilə əsl vəsiqə alan şəxsə cinayət işi açılıb. Lent.az-ın məlumatına görə, vətəndaş Samir Ələkbərov (ad və soyad şərti) Rusiyada pul müqabilində saxta sürücülük vəsiqəsi əldə edib. O, Azərbaycana qayıdandan sonra həmin saxta sənəd əsasında orijinal sürücülük vəsiqəsi almaq istəyib.
Bu məqsədlə həmin saxta sənədi Bakının Nərimanov rayonunda yerləşən "Asan Xidmət" Mərkəzinin aidiyyəti şöbəsinə təqdim edib. Bununla da əsl sürücülük vəsiqəsini ala bilib.
Bundan başqa, S.Ələkbərov əldə etdiyi əsl sürücülük vəsiqəsinin 1 illik etibarlılıq müddətini yeniləməkdən ötrü bu dəfə Sumqayıt şəhərindəki "Asan Xidmət" Mərkəzinə yaxınlaşıb. O, bu dəfə də istəyini reallaşdıra bilib və vəsiqəsinin etibarlılıq müddətini artırıb.