“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyununa çıxıb.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv “Dinamo”nu (Zaqreb) qəbul edib.
Çempionlar Liqasının liqa mərhələsinə yüksəlmək üçün rəqibini ən az 3 top fərqiylə məğlub etməli olan təmsilçimiz bu matçda da məğlub olub.
İlk hissədə Marko Pyaçanın qoluyla hesabda önə keçən Xorvatoya təmsilçisi fasilədən sonra fərqi iki topa çatdırıb. Bu dəfə Mateuş Silva topu öz qapımıza göndərib.
Beləliklə, iki oyunun nəticəsinə görə Zaqreb "Dinamo"suna 0:5 hesabı ilə uduzan Ağdam təmsilçisi Çempionlar Liqası macərasını bu mövsümlük başa vurub.
Komandalar arasındakı ilk matçda “Dinamo” qələbə qazanıb – 3:0.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunu
28 avqust
20:45 Qarabağ – Dinamo (Zaqreb, Xorvatiya) 0:2