Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

"TikTok" canlı yayımında xanım hüquqşünası təhqir etdi - Həbs edildi

3 726
Paylaş:
"TikTok" canlı yayımında xanım hüquqşünası təhqir etdi -   Həbs edildi

"TikTok" sosial şəbəkəsində canlı yayım zamanı "AS Hüquq" xidmətinin hüquqşünası Aysel Süleymanovanı təhqir edən şəxs həbs edilib. Qaynarinfo-nun məlumatına görə, Aysel Süleymanova "TikTok" sosial şəbəkəsində canlı yayım açaraq hüquqi məsələhtlər verib. 

1986-cı ildə Hacıqabul rayonunda anadan olmuş E.R. canlı yayım zamanı A.Süleymanovaya SMS yazaraq, sual ünvanlayıb. Hüquqşünas ona gec cavab verdiyi üçün E.R. onu təhqir edib. 

Xanım hüquqşünasın şikayəti əsasında E.R. avqust ayının 28-də saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilib. İş baxılması üçün məhkəməyə göndərilib. 

Məhkəmənin qərarı ilə E.R. 10 gün müddətinə həbs olunub.

Hüquqşünas Pravda.az-a açıqlamasında məlumatı təsdiq edərək bildirib ki, "TikTok"da "Huquqi­­_yardim" səhifəsində canlı yayında ödənişsiz məsləhət verdiyi zaman E.R. tərəfindən təhqir olunub. "Sonra mesaj vasitəsilə nalayiq ifadələr yazıb, şəxsi mobil nömrəmə zənglər edib. Həmin şəxs Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis şöbəsinə dəvət olunsa da, gəlməyib və şöbə tərəfinfən avqustun 28-də saxlanılıb, məhkəmənin qərarı ilə cəza tədbiri görülüb", - o qeyd edib. 

Paylaş:

Ən son xəbərlər