Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Mərkəzi Bank BOKT-un vəzifəli şəxsini inzibati məsuliyyətə cəlb etdi

546
Paylaş:
Mərkəzi Bank BOKT-un vəzifəli şəxsini inzibati məsuliyyətə cəlb etdi


Azərbaycan Mərkəzi Bankı (AMB) “SF Azerbaijan” bank olmayan kredit təşkilatı (BOKT) MMC-nin vəzifəli şəxsini inzibati məsuliyyətə cəlb edib.

Bu barədə AMB məlumat yayıb.

Mərkəzi Bankın apardığı cari nəzarət prosesləri çərçivəsində “SF Azerbaijan”nın “Bank olmayan kredit təşkilatları haqqında” Qanununun 22.1-ci maddəsinin, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərini pozduğu məlum olub.

Nəticədə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq “SF Azerbaijan”ın vəzifəli şəxsi 2 min manat məbləğində cərimə edilib.

Paylaş:

Ən son xəbərlər