"Abşeron sakini Qadir Cəfərovun polis əməkdaşlarının ona qarşı qanunsuz hərəkətlərə yol verməsi barədə səsləndirdiyi iddialar əsassızdır". Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirilib:
"Avqustun 21-də paytaxtın Yasamal rayonunda Q.Cəfərov idarə etdiyi "Toyota" markalı avtomobillə yol hərəkəti qaydalarını pozaraq işıqforun qadağanedici işarəsində dayanmadığı üçün ərazidə xidmət aparan Dövlət Yol Polisi (DYP) əməkdaşları tərəfindən saxlanılıb.