Reklam

Aslan İsmayılovdan icra başçısının oğlu ilə bağlı açıqlama: "Böyükləri vətəndaşlarla qul kimi davranıblar"

"Sosial şəbəkələrdə məlumat yayıldı ki, vətəndaşa qarşı hörmətsiz hərəkətə göstəriş verən polis kapitanı Şəhriyar Hüseynovun atası və qayınatası icra başçılarıdır. Əvvəllər də bu barədə yazmışam və bir daha təkrar edirəm ki, DİN-də bölmə və idarə rəislərinin ən azı yarısı icra başçıları, deputatlar və digər yüksək vəzifəli şəxslərin balalarıdır. Onların isə həmin vəzifələrə qabiliyyətlərinə, yaxud savadlarına görə deyil, nəyin müqabilində təyin edildiklərini bütün ölkə vətəndaşları bilir".

Pravda.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.

A.İsmayılov bildirib ki, belələri ailələrində gördükləri tərbiyəyə uyğun olaraq vətəndaşlarla davranırlar: "Gördükləri də o olub ki, böyükləri vətəndaşlarla qul kimi davranıblar. Ona görə də onlardan vətəndaşlara insani münasibət gözləmək əbəsdir. Vətəndaşlara müraciət edirəm ki, bu biabırçı halın aradan qaldırılması üçün əlimizdən gələni edək. Ən azından vətəndaşlar tanıdıqları belə qoçuların adlarını və iş yerlərini yazsınlar. Bəlkə bundan sonra DİN-də harınlamış gül balalardan təmizləmə əməliyyatı aparıla".

Tarix: 9 İyun 2020, 15:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin