Azərbaycana qarşı fəaliyyət göstərən anti-Azərbaycan şəbəkə, antimilli ünsürlər öz ampluasındadır. Dövlətə, xalqa qarşı şər böhtan dolu kampaniyasını davam etdirirlər. Vətənpərvərlikdən, milli mənəvi dəyərlərdən qat-qat uzaq olan bu şəxslər hər fürsətdə dövlətimizin, xalqımızın maraqlarına qarşı çıxıb, xəyanətkarcasına davranış sərgiləmələri Azərbaycan ictimaiyyəti tərəfindən kəskin reaksiyalarla qarşılandı. Sosial şəbəkələrdə və s. yerlərdə Azərbaycana qarşı hədyanlar yağdırır, erməni lobbisindən aldıqları vəsaitlərə uyğun çirkin təbliğat və qarayaxma kampaniyasını həyata keçirirlər. Özlərini müharibə əleyhdarları adlandıraraq, milli hissdən məhrum olduqlarını nümayiş etdirirlər. Sosial şəbəkələrdə özünü aktiv sosial şəbəkə istifadəçisi kimi qələmə verən bu şəbəkə üzvləri erməni sevgisi yenə “qıcqırıb”.
“No War”çılar kimi tanınan təxribatçı dəstə hər zaman guya sülh tərəfdarı, müharibə əleyhdarı kimi göstərməyə çalışaraq ölkəmiz üçün kritik dövrlərdə əsasən erməniləri müdafiə edib, işğala dəstək verib və Qarabağdakı separatçı hərəkatı dəstəkləyiblər. Bu dəstənin ən parlaq siması Qiyas İbrahimov adlı bu oğlan olsa da, əsas dövrlərdə Bəhruz Səmədov adlı erməni sevdalısı heç də ondan geri qalmayıb. Özlərini liberal dünya görüşünün təmsilçisi kimi təqdim edən, hər fürsətdə milli özünəməxsusluğu, dəyərləri təhqir edib aşağılayanların sırasında Cavid Ağa, onunla eyni dünya görüşünü, təxribatçı xarakteri daşıyan Səməd Şıxı da var. Əminliklə deyə bilərik ki, sülhsevərlik, tolerantlıq kimi ümumbəşəri pozitiv dəyərləri yorulmadan istismar edən sözügedən şəbəkənin əsl mahiyyəti bəllidir. Bu fəaliyyət birmənalı olaraq anti-Azərbaycan milli kimliyə, milli mentalitetə və suveren inkişafa qarşı fəaliyyətdir. Onlar hər məqamda bu hədəflərinə çatmaq üçün müxtəlif hadisələrdən təxribatçılıq niyyəti ilə istifadə ediblər.
Ən təhlükəlisi odur ki, Səmədov ictimai qaydada, sosial şəbəkələrdə anti-Azərbaycan fəaliyyəti və erməni işğalçılarına, separatçılara dəstəyi təəssüf ki, yalnız sözdə - statuslarda, çıxışlarda, diskussiyalarda qalmayıb. Müəyyən edilib ki, o 2020-ci ildən, yəni Vətən Müharibəsi dövründən başlayaraq Ermənistanın xüsusi xidmət orqanlarının nümayəndələri və onlarla əməkdaşlıq edən həmin ölkənin vətəndaşları ilə də təmaslara keçib. Onlardan bəziləri İrina Safaryan, Lilit Şahverdiyan, Sossi Tatikyan və başqaları olublar. Adlarını çəkdiyimiz şəxslərdən Lilit Şahverdiyanın üzərində xüsusi durmağa ehtiyac var. Azərbaycanın vaxtı ilə işğalda olan Qarabağ bölgəsindən olan bu qızcığaz Parisdə siyasi araşdırmalar İnstitutunda magistr təhsili alıb. Hətta onu sözügedən İnstituta qəbulu münasibətlə öz “X” hesabında Fransanın Ermənistandakı səfiri Olive Dekotini də təbrik edib. Dekotininin Lilit Şahverdiyana xüsusi münasibəti də maraq doğurur. Nəzərə alsaq ki, Ermənistan Xüsusi Kəşfiyyat Xidməti məhz Fransa tərəfindən qurulub və inkişaf etdirilir, o zaman Lilitin Ermənistan xüsusi xidmət orqanlarına təsadüfən cəlb olunmadığı aydın olur. Adıçəkilən Bəhruz Səmədov qonşu dövlətdən aldığı tapşırığına həmsərhəd rayonlarımızda və Qarabağ iqtisadi rayonunda baş verən vacib proseslər barədə məlumatlar toplayaraq həmin şəxslərə təqdim edib, həmin tapşırıqların yerinə yetirilməsi qaydasında Azərbaycan ərazisində milli, etnik və dini düşmənçiliyin salınmasına hesablanmış dezinformasiya və təxribat xarakterli məlumatlar hazırlayaraq sosial şəbəkə platformalarındakı müxtəlif hesablarında paylaşıb. Ermənistan kəşfiyyatına işləyən İrina Safaryanla vatsap mobil tətbiqi vasitəsi ilə apardığı yazışmalar zamanı Safaryana Qarabağ və digər regionlarda cərəyan edən proseslər, işğaldan azad edilmiş ərazilərə məcburi köçkünlərin geriqayıdışı ilə bağlı vəziyyət, həmçinin həmin ərazilərdə aparılan inşaat işləri və başqa mövzularda məlumat toplayıb göndərmək tapşırığı alıb. Bəhruz Səmədov isə həmin tapşırıqlara uyğun olaraq mümkün olan bütün məlumatları toplayaraq İrina Safaryana göndərib. Lilit Şahverdyanın “Lilit Stepanakert” adlı teleqram kanalı ilə apardığı yazışma zamanı isə Şahverdiyandan konkret tapşırıq alan Bəhruz Səmədov, ona şəkili göndərilən Azərbaycan vətəndaşı barədə məlumatlar toplayaraq Ermənistan tərəfə ötürməklə Azərbaycan əleyhinə, düşmənçilik məqsədi ilə xarici dövlətə casusluq etmiş, xarici dövlətin təşkilat və nümayəndələrinə kömək göstərməklə ölkəmizə xəyanət edib.
Bundan əlavə Qarabağda Rusiya sülhməramlılarının fəaliyyəti və bölgədə baş verən diqqətçəkən proseslər, həmçinin Azərbaycandakı radikal dini cərəyanlar, o cümlədən “Hüseyniyyun” cinayətkar birliyinin fəaliyyəti və üzvləri barəsində məlumat toplamaq tapşırığı aldığı Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Yegiya Taşjyan adlı şəxsə onun tapşırığına uyğun topladığı geniş informasiyanı təqdim edib. Qeyd olunan konkret əməllərin araşdırmalar nəticəsində ifşasından sonra Bəhruz Səmədov həbs edilib. Onun ölkəmiz əleyhinə fəaliyyəti yalnız qeyd etdiklərimizlə kifayətlənməyib. Erməni diasporu tərəfindən Praqada anti-Azərbaycan tədbirində iştirak edib. Ermənistanın maraqlarına xidmət edən və ölkəmiz əleyhinə yönələn fikirlər səsləndirib .