Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Saat 17:00-a olan seçici fəallığı açıqlandı - YENİLƏNDİ - 3

1 486
Paylaş:
Saat 17:00-a olan seçici fəallığı açıqlandı -   YENİLƏNDİ - 3

Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri üzrə səsvermədə saat 17:00-a olan seçici fəallığı açıqlanıb.


Pravda.az xəbər verir ki, bu barədə MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov MSK-nın Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında bildirib ki, indiyədək seçicilərin 33,82 faizi (2 milyon 172 min 87 nəfər) səsvermə hüququndan istifadə edib.


Hesabat vermiş məntəqələrin sayı 6478-dir.

***

***

15:45

Mərkəzi Seçki Komissiyası bu gün keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı səsvermə prosesində saat 15:00-a olan seçici fəallığını açıqlayıb.

MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, respublika üzrə 1 893 555 nəfər səs verib, seçici fəallığı 29,49 faiz olub.

***

12:29

Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı səsvermə prosesində saat 12:00-a olan seçici fəallığını açıqlayıb.

MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, respublika üzrə 1 309 522 nəfər səs verib, seçici fəallığı 20,39 faiz olub.

***

10:40

Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı səsvermə prosesində saat 10:00-a olan seçici fəallığını açıqlayıb.

MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, respublika üzrə 636842 nəfər səs verib, seçici fəallığı 9.92 faiz olub.

Paylaş:

Ən son xəbərlər