Amerikanın Milli Futbol Liqasında (NFL) çıxış edən "San-Fransisko 49ers"in oyunçusu Riki Pirsall sinəsindən güllələnib. Pravda.az Publika.az-a istinadla xəbər verir ki, şənbə günü şəhərin "Yunion" meydanında qeydə alınan insidenti 17 yaşlı şəxs törədib.
İlkin istintaqa əsasən, silahlı şəxs "San-Francisko 49ers"in oyunçusunu soymağa cəhd etdiyi zaman müqavimətlə üzləşib. Nəticədə həm şübhəli şəxs, həm də oyunçu xəsarət alıb.