Aktyor Əlvan Fərmanoğlunun səhhətində ciddi problem yaranıb. Axşam.az xəbər verir ki, bu haqda aparıcı İlkin Həsəni məlumat yayıb. O bildirib ki, həkim səhlənkarlığı ucbatından aktyorun ayağı amputasiya edilib:
“Dəyərli aktyorumuz Əlvan Fərmanoğlunun son halı. "Məlhəm" klinikasının bəzi "həkim"lərinin səhlənkarlığına görə sağ ayağı amputasiya olunub. Bu kişini bu vəziyyətə salan hər kəs qanun qarşısında cavab verəcək”.