Əməkdar artist Elza Seyidcahan parlament seçkilərində rəqibi olan Ziyad Səmədzadəni qalibiyyət münasibəti ilə təbrik edib. Bununla bağlı sosial şəbəkədə paylaşım edən Əməkdar artist qeyd edib:
"Demokratik seçkilərdə sağlam rəqabəti ilə seçilən Səmədzadə Ziya müəllimi təbrik edir, işlərində müvəffəqiyyətlər diləyirəm".
Bu cür paylaşımı ilə diqqət çəkən Əməkdar artist şərh bölümünü bağlayıb.