Məzmuna keç
Pravda.az — xəbər portalı
Cəmiyyət

Aşıq Ulduzun qızı ilk dəfə əkizlərini paylaşdı

857
Paylaş:
Aşıq Ulduzun qızı ilk dəfə əkizlərini paylaşdı

Aşıq Ulduz Sönməzin müğənni qızı Sədaqət əkizləri ilə ilk fotosunu yayımlayıb. Axşam.az xəbər verir ki, ifaçı instaqram hesabında paylaşdığı şəkillərə bunları yazıb:

"Günlərdir bu paylaşım üçün nə yazacağımı bilmirəm. Çünki yazacağım ifadələr hisslərimin qarşısında sadə səslənəcək. Arzusunda olan hər kəsə sağlam övlad sahibi olmaq nəsib olsun".

Qeyd edək ki, Ulduz Sönməz mayda əkiz nəvələrinin apreldə dünyaya gəldiyini bildirib. O, oğlan olan uşaqlara Rəhim və Rəsul adını verdiklərini açıqlayıb.

Sədaqət 2019-cu ildə ailə qurub. Anası qızının xaricdə yaşadığını deyirdi. 

Paylaş:

Ən son xəbərlər