Avtomatik meteoroloji stansiyalardan alınan məlumata görə, Bakıda və Abşeron yarımadasında, həmçinin Xəzər dənizi sahili boyu ərazilərdə müşahidə olunan tozlu hava şəraiti transsərhəd xarakterlidir. Əvvəlcədən xəbər verildiyi kimi, sentyabrın 2-dən başlayaraq tozlu hava kütlələri cənub-şərq axınları vasitəsilə ölkə ərazisinə daxil olub. Tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq yaxın iki gün ərzində davam edəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova açıqlama verib.
G.Abbasova bildirib ki, aparılan təhlillərə görə, il ərzində Mərkəzi Asiya səhralarında baş verən qum fırtınası cənubda Ərəbistan yarmadasında, şərqdə Türkmənistan səhrasında toz burulğanları yaradır və formalaşan bu toz kütlələri cənub və şərq istqamətli hava axınları vasitəsilə ölkəmizə keçir və əsasən Bakı şəhərində, Abşeron yarımadasında toz-dumanının yaranmasına səbəb olur: