BURADA REKLAMINIZ OLA
BİLƏR

Əhatənizi sağlam saxlamağa çalışın ki, onlardan sizə, sizdən də onlara müsbət enerji gəlsin"

Əməkdar artist Abbas Bağırov sosial şəbəkə paylaşımı ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, idman edərkən çəkilən fotolarını izləyiciləri ilə bölüşən sənətçi bunları qeyd edib:

 

"Sizə idmanı da sevdirdiyim üçün çox sevinirəm. Çox insan mənə yazır ki, sizdən motivasiya alırıq, idmana başlamışıq və ya sağlam həyat tərzi yaşayırıq. Bu da məni çox sevindirir. Həmişə sağlam olun, amma əhatənizi də sağlam saxlamağa çalışın ki, onlardan sizə, sizdən də onlara müsbət enerji gəlsin. Sağlam yaşayın, xəstələnməyin. Xəstəliyiniz yalnız gözəl həyat tərzi, sağlamlıq və ruhumuzun qidası olan gözəl musiqi olsun".

Tarix: 3 Sentyabr 2024, 20:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin