Namizədlər müraciətlərini ilk olaraq Dairə Seçki Komissiyalarına göndərməlidir.
MSK sədri namizədlərə müraciət edib: təcili iclas çağırmağımızın səbəbi...
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov bildirib.
MSK sədri qeyd edib ki, namizədlərə bunu çatdırmaq lazımdır: “Dairələr şikayətçilərin müraciətlərini hərtərəfli araşdırıb baxmalıdır. Şikayətçi dairənin qərarından narazı olsa, o zaman bizə müraciət edə bilər. Bizim bu gün təcili iclas çağırmağımızın səbəbi şikayətçilərə kömək məqsədi daşıyır”./APA