BURADA REKLAMINIZ OLA
BİLƏR

Tamam Cəfərova: “Azərbaycan polisi üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib"

"Həmişə ictimai asayişi, təhlükəsizliyimizi qoruyan Azərbaycan polisi pandemiya ilə mübarizə dövründə həm də sağlamlığımızın keşiyindədir”.

 

Bu sözləri Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

 

Millət vəkili qeyd edib ki, pandemiyaya qarşı mübarizədə xüsusi karantin rejiminin tətbiqi, vətəndaşlarımızın bu qaydalara ciddi riayət etməsi və ən əsası  ölkə başçısının "birlikdə güclüyük” çağrışına uyğun həmrəylik göstərməsi öz müsbət nəticəsini verib. Onun sözlərinə görə, Azərbaycanda vəziyyət nəzarətə alınıb, sağalanların sayı virusa bulaşanların sayını üstələyib: "Azərbaycanın koronavirusla mübarizə təcrübəsi beynəlxalq aləmdə təqdir olunur və başqa ölkələrə nümunə kimi göstərilirdi. Təəssüfki,  xüsusi karantin rejiminin yumşaldılması bir qrup vətəndaşlarda arxayınçılıq hissi yaratdı və onlar çoxsaylı müraciətlə məhəl qoymayaraq, məsuliyyətsiz, virus artıq yoxmuş kimi davaranmağa başladılar. Nəticə göz qabağındadır. Artıq virusa yoluxma 3 rəqəmlə ifadə olur. Və hökumət təkrarən xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı qərar qəbul etmək məcburiyyətində qaldı və həftə sonu evdən çıxma qadağası tətbiq edildi. Qeyd etmək lazımdır ki, şənbə və bazar günlərində vətəndaşlara evdən çıxma qadağası qardaş Türkiyə Cümhuriyyətində sınaqdan çıxıb və müsbət nəticələr əldə edilib. Tətbiq edilmiş qaydalar bütün Azərbaycan xalqının sağlamlığının təhlükəsizliyini təmin etmək məqsədilə həyata keçirilir, buna görə də bu qərarlara riayət etmək vətəndaşlıq borcumuzdur. Vətəndaşlar başa düşməlidir ki, bu risk təkcə onların həyatına deyil, bizim hamımızın sağlamlığına təhlükə gətirə bilər. Buna görə də pandemiya ilə mübarizənin əsas şərtlərindən biri tətbiq edilmiş qaydalara qeyri-şərtsiz riayət etməkdir. Sevindirici haldır ki, vətəndaşların böyük əksəriyyəti şənbə və bazar günü qadağalarına riayət etdi. Çünki başa düşürdülər ki, bütün bunlar vətəndaşların sağlamlığının qorunması üçündür. Bununla belə, çox təəssüf ki, evdən çıxma qadağası tətbiq edildiyi günlərdə xoşagəlməz hallarla da üzləşdik. Yasamal rayonunda artıq bizə məlum olan hadisələr baş verdi. Xidməti vəzifəsini yerinə yetirən Azərbaycan polisinə qaydaları pozan bəzi vətəndaşlar tərəfindən tabesizlik, müqavimət göstərildi. Belə əməllərə yol vermək olmaz. Hamımıza məlumdur ki, Azərbaycanda ictimai-siyasi sabitlik şəraitinin təmin edilməsində, dövlətçiliyimizin hər cür cinayətkar qəsdlərdən qorunmasında, vətəndaşların təhlükəsiz yaşamaq hüquqlarının qorunmasında Daxili İşlər Nazirliyinin və onun ayrı-ayrı strukturlarının xüsusi rolu var".

 

Millət vəkili deyib ki, Azərbaycan polisi insanların azad, sərbəst, təhlükəsiz yaşamsı üçün üzərinə düşən vəzifəni həmişə layiqincə yerinə yetirib: "Həmişə ictimai asıyişi, təhlükəsizliyimizi qoruyan  Azərbaycan polisi pandemiya ilə mübarizənin ilk günlərindən həm də sağlamlığımızın keşiyindədir. Nəzərə almalıyıq ki, pandemiya dövründə polislərimiz yalnızca öz həyatlarını deyil, ailələrinin, övladlarının həyatını təhlükəyə atmaqdan çəkinməyərək, xalqımızın təhlükəsizliyinin, sağlamlığının keşiyində dayanıblar. Fədakar polislərimiz hər zaman olduğu kimi həftəsonu fəaliyyətlərində də yüksək həsasslıq, vətəndaşlarımıza qarşı diqqət və qayğı göstərmişlər. Bacısı vəfat edən  xanım vətəndaşımızın həmin ünvana aparılması, çörəyi olmayan vətəndaşa polislər tərəfindən çörək alınıb çatdırılması, eləcə də polislərimizin öz yeməklərini yaşlı bir qadınla bölüşməsi görüntüləri çox müsbət hallardan biridir. Gördüyümüz kimi, onlar öz vəzifə borclarını yerinə yetirməklə bərabər,  vətəndaşlara qarşı həm də bir övlad münasibəti göstərdilər. Polislərimizin bu humanist davranışlarının qarşılığında  bəzi vətəndaşların polisə qarşı etdiyi nalayiq münasibət, qeyri-etik hərəkətlər təkcə qanun pozuntusu deyil, həm də Azərbaycan xalqının əxlaqına, mənəviyyatına zidd hərəkətdir. Çox təəssüf edirəm ki, polislərə qarşı belə arzuolunmaz hərəkətlərə yol verən bu cür insanları sosial şəbəkələrdə çox az adam qınadı və bu qınaq "kompaniya” xarakteri almadı. Amma bir polisin səhvi, xidməti səlahiyyətlərini aşması, kobudluğu əldə bayraq edildi və Azərbaycan polisinə qarşı əsassız qarayaxma kompaniyası başlandı. Buna heç bir əsas yoxdur. Azərbaycan hüquqi dövlətdir və hamı qanun qarşısında bərabərdir. Polis etdiyi hərəkətə görə cəzalandırıldı, işdən çıxarıldı. Polisləri təhqir edənər də qanunauyğun cəzlanmalıdılar. Qanunu pozan kimliyindən asılı olmayarq, cəzasını almalıdır. Vətəndaşlarımızı  tədbiq olunan qadağalara anlayışla yanaşmağa və karatin rejimi qaydalarına əməl etməyə dəvət edirəm. Pandemiya ilə mübarizənin ilk aylarında olduğu kimi, bu çətin günlərdə də birlik nümayiş etdirməli və məsuliyyətli olmalıyıq. Virusa ancaq birlikdə qalib gələ bilərik".Kaspi.az

Tarix: 10 İyun 2020, 09:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin