Müğənnilər Vəfa Şərifova ilə Şəbnəm Tovuzlu arasında yenidən qalmaqal başlayıb. Axşam.az xəbər verir ki, bu dəfə mübahisəyə səbəb onların oxuduğu mahnı olub. Belə ki, hər iki ifaçı eyni mahnı fərqli şəxslər tərəfindən satılıb.
"Cənnətim" adlı mahnını ilk Şəbnəm oxuyub və müəllif kimi başqa şəxs qeyd edilib. Şəbnəm mahnını ötən gün təqdim edib.
Vəfa isə mahnını bu gün təqdim edəcəyini bildirib. O, bəstənin sözlərinin özünə aid olduğunu vurğuluyub.