Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn partiyanın fəaliyyətini dayandırmaq istəyir. Bu barədə Qaynarinfo-ya açıqlamasında onun özü məlumat verib.
Pənah Hüseynin sözlərinə görə, 2025-ci ilin yanvar ayında partiyanın növbəti qurultayı çağrılacaq:
"Bu bizim üçün yeganə çıxış yoludur. Bu seçkidə müxalifətin, siyasi partiyalarının sədrlərinin də böyük məsuliyyəti var. Hesab edirəm ki, yaranmış vəziyyət, siyasi mənzərə heç də siyasi partiyaların və onların rəhbərlərinin də dəyərləndirilməsindən kənarda qala bilməz. Odur ki, biz hazırda MSK və Konistisuya Məhkəməsinin seçkilərlə bağlı qərarını gözləyirik. Qərar verilən kimi partiyanın İdarə Heyəti toplanacaq və bu vəziyyəti müzakirə edəcək".