Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Prezident İlham Əliyev Romada İtaliyanın “Eni S.P.A” şirkətinin baş icraçı direktoru ilə görüşdü - FOTO - YENİLƏNDİ

923
Paylaş:
Prezident İlham Əliyev Romada İtaliyanın “Eni S.P.A” şirkətinin baş icraçı direktoru ilə görüşdü -   FOTO - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 5-də Romada İtaliyanın “Eni S.P.A” şirkətinin baş icraçı direktoru Klaudio Deskalzi ilə görüşüb.

Pravda.az xəbər verir ki, görüşdə SOCAR ilə “Eni S.P.A” şirkəti arasında imzalanacaq sənədlərin əhəmiyyətinə toxunuldu, neft-qaz, bərpaolunan enerji və iqtisadiyyatın müxtəlif sahələrində yeni texnologiyaların tətbiqi istiqamətində əməkdaşlığın genişləndirilməsi və şaxələndirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.

Qeyd olundu ki, sənədlərin imzalanmasından sonra “Eni S.P.A” şirkəti daha qısa müddət ərzində konkret nəticələrin əldə edilməsi üçün işçi plan və strategiya hazırlayacaq.

Paylaş:

Ən son xəbərlər