Bakıda vəzifədən sui-istifadə və vəzifə saxtakarlığında təqsirləndirilən, məhkəmə tərəfindən barəsində bəraət hökmü çıxarılan şirkət rəhbəri həbs edilib.
"Az.İnter-Şin" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Mətləb Mütəllim oğlu Qənbərli Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.
Onun əməlləri yoxlanılıb və barəsində Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib.
İş üzrə ibtidai istintaq başa çatdırılaraq baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.
Səbail Rayon Məhkəməsinin hökmü ilə Mətləb Qəmbərlinin əməlində cinayət tərkibi olmadığından barəsində bəraət hökmü çıxarılıb.