İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun başının üzərini "qara buludlar" alıb. Qaynarinfo xəbər verir ki, İsmayıllı şəhər icra nümayəndəsi Əlişir Süleymanovun və rayonun Diyalı bələdiyyə sədri vəzifəsini icra edən sədr müavini Cahangir Surxayevin saxlanılması Nahid Bağırovun karyerası üçün ciddi təhlükəyə çevrilib.
Ehtimal olunur ki, bu əməliyyat icra başçısının vəzifəsinə əlvida deməsini şərtləndirə bilər. Əlişir Süleymanov və Cahangir Surxayev Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.
ƏIişir Süleymanova Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3 (təkrar və külli miqdarda rüşvət alma) maddələri, Cahangir Surxayevə isə həmin Məcəlləsinin 309.1 (vəzifə səlahiyyətlərini aşma), 311.3.3 (külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilmiş, müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında onların hər ikisi barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.Əlişir Süleymanova Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3 (təkrar və külli miqdarda rüşvət alma) maddələri, Cahangir Surxayevə isə həmin Məcəlləsinin 309.1 (vəzifə səlahiyyətlərini aşma), 311.3.3 (külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilmiş, müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında onların hər ikisi barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Əlişir Süleymanovla Cahangir Surxayevin rüşvət və vəzifə saxtakarılığında ittiham edilməsi Nahid Bağırovun fəaliyyətinin yoxlanılması üçün ciddi əsas sayıla bilər. Hər halda adıçəkilən şəxslərin törətdiyi qanunsuz əməllərin özfəaliyyət olduğuna inanmaq çətindir.