Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Azərbaycanın İrandakı səfirliyinə hücum edən Yasin Hüseynzadə BDU-nun hüquq fakültəsində təhsil alıbmış

11 694
Paylaş:
Azərbaycanın İrandakı səfirliyinə hücum edən Yasin Hüseynzadə BDU-nun hüquq fakültəsində təhsil alıbmış

Azərbaycanın İrandakı səfirliyinə hücum edən Yasin Hüseynzadə vaxtilə Bakı Dövlət Universitetinin hüquq fakültəsində qiyabi təhsil alıb. 

Pravda.az xəbər verir ki, bu barədə Əkrəm Həsənov bildirib.

"İran rejimi, bir qayda olaraq, vətəndaşlarının bizdə təhsil almasına müsbət yanaşmır. O da ola hüquq təhsili! Molla rejiminə dünyəvi hüquq təhsili nəyə lazımdır axı? Hüseynzadənin sonradan törətdiyi terror aktını da nəzərə alsaq, böyük ehtimalla ölkəmizdə təhsil alması da İranın xüsusi xidmət orqanlarının planı çərçivəsində baş tutub. Təhsil aldığı müddətdə dövlətimizə qarşı etdikləri isə hələ də naməlumdur. Bu çox ciddi məsələdir. Söhbət təhlükəsizliyimizdən gedir. Tələbəlik illərimdən biliriəm ki, BDU-nun hüquq fakültəsində ikinci ali təhsil və əcnəbilərin təhsili sırf pula (o cümlədən rüşvətə) bağlı olan bir məsələdir. İmtahansız-filansız! Hər yoldan keçən gəlib bu təhsili ala bilir. Kimi istəsələr aramıza yerləşdirib asanlıqla ali təhsil də ala bilirlər. Bəlkə də sonra hələ ixtisas üzrə aramızda işləyirlər də. Buna görə də həmin təhsil növü DTX-nin nəzarətində olmalıdır və başqa hansı xarici qüvvələrə aid şəxslər bu kanalla sadə yolla ali hüquq təhsili alıb geniş araşdırılmalıdır. Əks halda, “öz” məzunlarımızın bizə qarşı mənfi əməlləri yenə də olacaq. Kimlərsə ali məktəblərimizdə qaz vurub qazan dolduracaq, sonra da bizə qarşı edilənlərin əməlləri elə bizə bağlanacaq. Bizə belə tələbələr lazım deyil..." - o qeyd edib.

Paylaş:

Ən son xəbərlər